Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri bir həftə ərzində təxminən 5000 Ukrayna dronunu vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya Hava Hücumundan Müdafiə sistemləri son bir həftədə 10 "Flamingo” qanadlı raketini, üç "Neptun-MD” raketini və 4975 Ukrayna təyyarə tipli dronunu vurub.
Rusiya MN son həftədə Rusiya ordusunun Ukrayna hərbi-sənaye kompleksi müəssisələrinə və hərbi aerodromlarına yüksəkdəqiqlikli və zərbə dronları ilə genişmiqyaslı və altı qrup hücumu həyata keçirdiyini də açıqlayıb.









































