Şuşada qlobal media sammiti: Sülh və həqiqət müzakirə olunacaq

Şuşada qlobal media sammiti: Sülh və həqiqət müzakirə olunacaq
MEDIA
17:55 10.07.2026
1107
13-14 iyul 2026-cı il tarixlərində Şuşada IV Qlobal Media Forumu keçiriləcək.

Artıq nüfuzlu beynəlxalq platformalardan birinə çevrilən Şuşa Qlobal Media Forumu bu il "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunacaq.

Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirak edəcəyi forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunacaq. Həmçinin tədbirə 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələrinin qatılması gözlənilir.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan əməkdar jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli forumun beynəlxalq media gündəminin formalaşmasında mühüm rol oynadığını vurğulayıb:

"Artıq ənənəyə çevrilən Şuşa Qlobal Media Forumu dünya mediasının gündəmində olan ən aktual mövzaların müzakirə edildiyi, yeni trendlərin ön plana çıxarıldığı və qlobal böhranlar fonunda çıxış yollarının axtarıldığı mühüm platformadır. Bu baxımdan forumun əhəmiyyəti böyükdür. Bu il seçilən mövzu da olduqca aktualdır. Dünyada müşahidə olunan parçalanma, müxtəlif bölgələrdə davam edən müharibələr fonunda beynəlxalq sülhün təşviqində medianın missiyası xüsusi əhəmiyyət kəsb edir. Hazırda televiziya ekranlarında, qəzet səhifələrində, xəbər saytlarında əsasən müharibə, partlayış, yanğın və qarşıdurma xəbərləri üstünlük təşkil edir. Bütün bunlar, təbii ki, vicdanlı insanları narahat edir. Bu baxımdan belə bir mövzunun müzakirəsini çox vacib və əhəmiyyətli hesab edirəm".


Qulu Məhərrəmli forumun media nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi və etibarlı informasiya mühitinin formalaşdırılması baxımından da önəmli platforma olduğunu bildirib:

"Əlbəttə, suallar yaranır: Bu forum sülh işinə nə dərəcədə töhfə verə bilər? Medianın missiyası nədən ibarətdir? Medianın əsas vəzifəsi doğru, dəqiq və obyektiv məlumatı cəmiyyətə çatdırmaqdır. Əgər media bu missiyanı yerinə yetirirsə, o, həm sülhə, həm də həqiqətin təşviqinə xidmət edir və auditoriyanın etimadını qazanır. Yox, əgər media dezinformasiya, saxta xəbərlər və təbliğatla məşğul olur, hansısa ölkənin maraqlarına xidmət edirsə, o zaman sözün həqiqi mənasında media olmaq haqqını itirir. Bu məsələlərin müzakirə olunması, konkret layihələrin hazırlanması, media qurumları arasında əməkdaşlığın genişləndirilməsi, medianın sülhün, barışın, qarşılıqlı anlaşmanın və təhlükəsiz dünyanın təşviqinə töhfə verməsi baxımından belə bir forumun məhz Şuşada keçirilməsi çox əhəmiyyətlidir".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
12:20 11.10.2026
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
11:50 11.10.2026
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
11:27 11.10.2026
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11:23 11.10.2026
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
11:15 11.10.2026
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
11:05 11.10.2026
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
09:16 11.10.2026
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı