Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində Rusiyanın enerji infrastrukturu obyektlərinə yeddi hücum həyata keçirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin Krım, Bryansk, Rostov və Voronej vilayətlərinə endirdiyi zərbələr nəticəsində enerji obyektlərinə ziyan dəyib.
Rusiya MN-nin məlumatında qeyd olunub ki, martın 18-dən bəri Ukrayna Silahlı Qüvvələri Rusiyanın enerji obyektlərinə hücumlarını bir gün belə dayandırmayıb.
///apa