Rusiya Ukraynaya bütün istiqamətlərdən hücum edəcək - Şoyqu əmr verdi

Rusiya Ukraynaya bütün istiqamətlərdən hücum edəcək - Şoyqu əmr verdi
DÜNYA
13:04 16.07.2022
551
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada cəbhənin bütün istiqamətlərində hücuma keçmək üçün əmr verib

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sergey Şoyqu Rusiyanın Ukraynadakı "Cənub” və "Mərkəz” qoşunları qruplaşmasını təftiş edib.

Məlumata görə, nazir bütün əməliyyat zonalarında qrupların hərəkətlərinin daha da artırılması üçün lazımi göstərişlər verib.
OXŞAR XƏBƏRLƏR