Rusiya Moldovaya yeni səfir təyin etdi

DÜNYA
19:01 10.09.2024
167
Oleq Ozerov Rusiyanın Moldovadakı yeni səfiri təyin edilib.

Bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam verib.

O. Ozerov 2010-2017-ci illərdə Rusiyanı Səudiyyə Ərəbistanında təmsil edib, 2011-ci ildən isə Rusiyanın İslam Əməkdaşlıq Təşkilatında daimi nümayəndəsi vəzifəsini tutub.

Rusiya Xarici işlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri olan O. Ozerov həm də "Rusiya-Afrika” Tərəfdaşlıq Forumunun Katibliyinin rəhbəridir.

Qeyd edək ki, son illər rəsmi Kişineunun Rusiya-Ukrayna müharibəsinin yarada biləcəyi təhlükələrin qarşısını almaq üçün 2023-cü ildə hərbi büdcəsinin həcmini artırması, eləcə də ABŞ, NATO və Avropa İttifaqı ilə hərbi sahədə əməkdaşlığa dair müqavilələr imzalaması səbəbindən iki ölkə arasında münasibətlərin səviyyəsində geriləmə müşahidə olunub.
 
///apa
OXŞAR XƏBƏRLƏR