Rusiya Müdafiə Nazirliyinin müəssisəsində güclü yanğın - Ölənlər var - VİDEO

Rusiya Müdafiə Nazirliyinin müəssisəsində güclü yanğın - Ölənlər var - VİDEO
DÜNYA
17:25 21.04.2022
336
Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyinin Hava-Kosmik Qoşunları Elmi-Araşdırma Mərkəzində güclü yanğın baş verib.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi Tver vilayəti üzrə Baş İdarə məlumat yayıb.

Bildirilir ki, yanğın nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb.

Məlumata görə, 1000 kv. metr ərazi yanıb.

Rusiya Müdafiə Nazirliyinin müəssisəsinin elmi əməkdaşları təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR