Rusiya NATO-nu hədələdi: “Şərqə doğru irəliləməniz cavabsız qalmayacaq”

DÜNYA
16:48 02.12.2015
1742

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov NATO-nun Çernoqoriyanı bloka üzv qəbul edəcəyi ilə bağlı açıqlamasına reaksiya verib.

Peskov Şimali Atlantika Bloku şərqə doğru irəlilədiyi halda Moskvanın bununla bağlı cavab addımları atacağını istisna etməyib:

“Bundan əvvəl də Rusiya müxtəlif səviyyələrdə bəyan edib ki, NATO hərbi infrastrukturlarının şərqə doğru irəliləməsi ölkəmizin öz maraqlarını və təhlükəsizliyini möhkəmləndirmək üçün cavab tədbirləri görmüləsinə yol açacaq”.

NATO-nun baş katibi Yens Stoltenberq alyansın Çernoqoriyaya NATO-ya üzv olması üçün müraciət etdiyini deyib.

OXŞAR XƏBƏRLƏR