AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiyanın may ayında neft hasilatını artıracağını bəyan edərək, Asiya-Sakit okean regionu da daxil olmaqla neft ixracatında yeni müştərilər tapdıqlarını bildirib.
Aleksandr Novak paytaxt Moskvada jurnalistlərə açıqlamasında bu ayın əvvəlində Rusiyanın neft hasilatının aprel ayı ilə müqayisədə daha yaxşı olduğunu bildirib.
Neft ixracını şaxələndirmək üçün yeni sərmayələr edəcəklərini açıqlayan Novak Şərqi Sibir Sakit Okean xəttinin Çinə qədər genişlənməsinin bu investisiyalar arasında olduğunu qeyd edib.
Ayşən










































