"Rusiya neftini də boykot edin" - Zelenski dünyaya səsləndi

"Rusiya neftini də boykot edin" - Zelenski dünyaya səsləndi
DÜNYA
14:14 07.03.2022
339
"Artıq 12 gündür ki, işğala qarşı müdafiə olunuruq. Biz bu müharibəni heç vaxt istəmədik, amma bizə gətirildi. Öldürmək xəyalımızda olmayıb, amma düşməni torpağımızdan, həyatımızdan qovmaq məcburiyyətindəyik. Heç kimdə olmayan şeylərə dözməliyik".

AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib.

O Rusiya mallarını və neftini boykota çağırıb: 

"İşğal davam edərsə və Rusiya Ukraynaya qarşı planlarından əl çəkməzsə, o zaman bizə sanksiyalar paketi, sülh naminə müharibəyə qarşı yeni sanksiyalar addımları lazımdır. Rusiya neftini də boykot edin".

Dövlət başçısı həmçinin Rusiya Federasiyasına mal tədarükünü boykot etməyə çağırıb:

"Əgər sivil qaydalara əməl edə bilmirlərsə, o zaman mal və xidmət almasınlar. Qoy müharibə onları qidalandırsın", - o vurğulayıb.

Zelenski deyib ki, beynəlxalq ictimaiyyət daha da qətiyyətli hərəkət etməlidir.
OXŞAR XƏBƏRLƏR