Rusiya Nikolayev şəhərinə raket zərbələri endirib

Rusiya Nikolayev şəhərinə raket zərbələri endirib
DÜNYA
17:03 03.04.2022
340
Aprelin 3-də Rusiya ordusu Nikolaev şəhərinə raket zərbələri endiriblər.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, bu barədə Nikolaev şəhərinin meri Aleksandr Senkeviç Telegram kanalında məlumat yayıb.

Vətəndaşları rəsmi mənbələrdən əvvəl foto və videoları dərc etməməyə çağırıb.

Qeyd edək ki, aprelin 3-də səhər saatlarında Rusiya ordusunun Odessaya havadan hücum etməsi barədə də məlumat yayılıb. Məlumata görə, şəhərdə yanğınlar başlayıb. Şəhərdə bir neçə partlayış səsi eşidilib. Raketlərin bir hissəsi hava hücumundan müdafiə vasitələri ilə vurulub. Bəzi ərazilərdə yanğınlar qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR