Ruslar danışıq üçün Belarusa gəldi

Ruslar danışıq üçün Belarusa gəldi
DÜNYA
11:36 27.02.2022
519
Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqlar aparmaq üçün Belarusa gəlib.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Əldə olunmuş razılığa əsasən, Ukrayna ilə danışıqlar aparmaq üçün Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər qurumların, o cümlədən prezident administrasiyasının nümayəndələrindən ibarət Rusiya nümayəndə heyəti Belarusa gəlib", - deyə o bildirib.

D. Peskov danışıqların Qomel şəhərində planlaşdırıldığını bildirib.
OXŞAR XƏBƏRLƏR