Rusiya ABŞ-nin addımlarına cavab olaraq nüvə raketlərinin yerləşdirilməsi ehtimalını gündəmə gətirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu məzmunlu açıqlamayla Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov çıxış edib.
Rusiya rəsmisi ABŞ-nin Almaniyada uzaqmənzilli qanadlı raketlər yerləşdirmə qərarına bəzi bölgələrdə nüvə başlıqlı raketlərin yerləşdirilməsi ehtimalını istisna etmədiklərini bildirib.
Rusiyanın NATO ölkələrinin ortaq imkanlarını nəzərə alaraq "nə, harada və nə vaxt" yerləşdiriləcəyinə qərar verəcəyinə işarə edən Ryabkov "Bu, heç kimə təhdid deyil. O cümlədən ən təsirli variantı tapmaq vacibdir", - deyə bildirib.
Qərb ölkələrinin müxtəlif bəhanələrlə gərginliyi artırdığını vurğulayan Ryabkov "Acınacaqlı bir vəziyyətdir, lakin bu, bizim hava hücumundan müdafiə zonamız da daxil olmaqla, Rusiya sərhədlərinin bütün perimetri boyunca təhlükəsizliyimizi təmin etmə vəzifələrini həll etməkdən bizə mane olmayacaq", - deyə vurğulayıb.
Qeyd edək ki, ABŞ və Almaniyanın iyulun 10-da verdiyi birgə bəyanata görə, 2026-cı ildən etibarən Almaniyaya "Tomahawk” qanadlı raketləri və digər uzaqmənzilli silahlar yerləşdiriləcək.
ABŞ sonuncu dəfə 1990-cı illərdə Almaniyaya belə uzaqmənzilli silahlar yerləşdirmişdi.