"Rusiya nüvə silahından istifadə etsə, dünyanın sonu gələcək" - Azərbaycanlı deputat

"Rusiya nüvə silahından istifadə etsə, dünyanın sonu gələcək" - Azərbaycanlı deputat
SİYASƏT
16:50 01.03.2022
885
"Ukraynanın ərazi bütövlüyü pozulubsa, Rusiya dövlətinin qoşunları Ukrayna ərazisinə girib və müharibə gedirsə, burada Rusiyanı haqlı hesab etmək olmaz”.
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
 
Deputat qeyd edib ki, Rusiya əssasız olaraq özünə haqq qazandırır: "Burada hər tərəf özünü haqlı hesab edir, Rusiya özünü haqlı hesab edir, Ukrayna da özünü haqlı hesab edir. Ancaq məsələ ondan ibarətdir ki, faktiki olaraq Rusiya hücum edərək Ukrayna ərazisinə daxil olub. Yəni, Ukraynanın ərazi bütövlüyü pozulub. Burada Rusiya hərbi müdaxilə edib, Rusiya qoşunları Ukrayna ərazisindədir. Buna görə də biz deyə bilmərik ki, burada Rusiya haqlı, Ukrayna haqsızdır. Bizim mövqeyimiz var, biz Azərbaycan tərəfi olaraq deyirik ki, bütün dövlətlərin ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşırıq. Əgər burada Ukraynanın ərazi bütövlüyü pozulubsa, Rusiya dövlətinin qoşunları Ukrayna ərazisinə girib və müharibə gedirsə, burada Rusiyanı haqlı hesab etmək olmaz. İndi Rusiya özünə haqq qazandırır ki, mənə qarşı Ukrayna ərazisindən üçüncü dövlətlərin təhlükəsi yaranır və s. Amma fakt odur ki, bu gün müharibə Ukrayna ərazisində gedir, müharibəni aparan dövlət də Rusiyadır. Burada dünya birliyi, dünya ölkələrinin əksəriyyəti, beynəlxalq qurumlar Ukraynanı haqlı sayır. Amma müharibə nə ilə nəticələnəcək, bunu indidən proqnozlaşdırmaq çətindir”.
 
Rusiyanın nüvə silahından istifadə edəcəyi məsələsindən danışan E.Məmmədov qeyd edib ki, Rusiya bu silahdan istifadə etsə, dünyanın, bəşəriyyətin sonu gələr: "Rusiya nüvə silahına malik olan dövlətdir. Ancaq bu silah təkcə Rusiyada deyil. Bu gün Rusiyanın hərəkətlərini pisləyən və bu müharibədə Rusiyaya qarşı dövlətlərdən bir neçəsi də nüvə silahına malikdir. Nüvə silahı sıradan bir silah deyil ki, sən onu istədiyin vaxt istifadə edəsən. Rusiyanın nüvə silahından istifadə etməsi gətirib elə vəziyyətə çıxarar ki, onun özünə qarşı da bu silahdan istifadə edən qüvvələr meydana çıxar. Bu halda nə baş verər? Təkcə üçüncü dünya müharibəsi yox, dünyanın, bəşəriyyətin sonu gələr. İndi Rusiyanın prezidenti belə hədə-qorxular gəlir. Ancaq mən hesab edirəm ki, bu ehtimal demək olar ki, sıfıra bərabərdir. Rusiya nüvə silahından istifadə etməz, etsə dünya fəlakət qarşısında qalar”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR