Rusiya Federasiyasının xarici agenti kimi tanınan "Telegram" kanalı "Moscow Calling"in administratoru Andrey Kurşininin cinayət işi Moskvanın Çeremuşkinski Məhkəməsinə göndərilib.
Bu barədə RİA Novosti məlumat yayıb.
2023-cü il sentyabrın 1-də həmin məhkəmə onu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsi ilə ev dustaqlığına məhkum edib. Kurşin günahını etiraf edib.
İstintaqın məlumatına görə, o, 2022-ci ilin sentyabr-noyabr aylarında öz ictimai kanalında Rusiya hərbçilərinin Ukraynanın mülki əhalisinə qarşı hərəkətləri barədə saxta nəşrlər yerləşdirib.
Kurşin avqustun 31-də Moskvanın Leninqradski vağzalında saxlanılıb.
///report