Rusiyanın müdafiə naziri Sergey Şoyqu ordudakı əsgərlərin sayının 1,5 milyona çatdırılacağını açıqlayıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Şoyqu həmçinin "Moskva və Leninqrad” adlanan 2 yeni strateji hərbi zonanın yaradılmasını da vurğulayıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirlik rəsmiləri ilə görüşündə 2023-cü ildən 2026-cı ilə qədər ordunun qərargahında böyük dəyişikliklərin ediləcəyini qeyd edib.
Məlumata görə, Putinin keçən il imzaladığı qərarla 2023-cü ilə qədər əsgər sayı 137 min artaraq 1 milyon 150 min 623-ə çatdırılıb.
Aydın