Rusiya ordusu Odessaya PUA hücumu həyata keçirib

Rusiya ordusu Odessaya PUA hücumu həyata keçirib
DÜNYA
08:58 17.06.2025
192
İyunun 17-də sabah saatlarında Rusiya ordusu Odessaya irimiqyaslı pilotsuz təyyarə hücumu həyata keçirib.

Hücum nəticəsində şəhərdə çoxlu dağıntı meydana gəlib, uşaqlar da olmaqla xeyli sayda insan xəsarət alıb.

Məlumata görə, hava hücumu xəbərdarlığı Odessa və regionda yerli vaxtla saat 01:28-də elan edilib.

Bir müddət sonra pilotsuz təyyarələrinin Qara dənizdən bölgəyə doğru hərəkət etdiyi məlum olub. Xüsusilə rayon mərkəzinin müxtəlif ərazilərində PUA-lar müşahidə edilib.

Daha sonra şəhərin müxtəlif bölgələrində partlayış səsləri eşidilib, yanğınlar başlayıb.

Odessa Administrasiyasının rəhbəri Oleq Kiper hücumlarla bağlı bunları deyib: "Hava Hücumundan Müdafiə Qüvvələrimizin fəaliyyətinə baxmayaraq, şəhərdə dağıntılar, yanğınlar və mülki infrastruktura, xüsusən də yaşayış binalarına, məktəbəqədər uşaq müəssisəsinə, qarajlara və sairlərə ziyan dəyib. Zərərçəkənlər var."

O həmçinin uşaqlar da daxil olmaqla 13 nəfərin xəstəxanaya yerləşdirildiyini deyib.
 
/APA
OXŞAR XƏBƏRLƏR