Rusiya ordusu Ukraynanın Polşa ilə sərhədində hərbi obyekti vurdu

Rusiya ordusu Ukraynanın Polşa ilə sərhədində hərbi obyekti vurdu
DÜNYA
12:20 15.05.2022
310
Mayın 15-də səhər saatlarında Rusiya ordusu Lvov vilayətinə raket zərbəsi endirib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Lvov Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski teleqramda bildirib.

Zərbə nəticəsində Polşa ilə sərhəd yaxınlığında yerləşən hərbi obyekt dağıdılıb.

"Polşa ilə sərhədə yaxın Yavoriv rayonunda yerləşən hərbi infrastruktur obyektinə 4 raket düşüb. Obyekt tamamilə məhv edilib", - o deyib.

İlkin məlumata görə, ölən və xəsarət alan yoxdur.

Bundan əvvəl Lvov vilayəti üzərində zenit-raket qüvvələrinin Rusiyanın Qara dənizdən atılan iki raketini vurduğu bildirilib.
OXŞAR XƏBƏRLƏR