Rusiya ordusu yenidən Kiyevə hava zərbəsi endirdi

Rusiya ordusu yenidən Kiyevə hava zərbəsi endirdi
DÜNYA
11:57 18.05.2023
174
Kiyev Şəhər Hərbi İdarəsindən verilən açıqlamada Rusiya qüvvələrinin səhər saatlarında paytaxt Kiyevə hava hücumu təşkil etdiyi bildirilib.

AZXEBER.COM xəbər verir ki, bildirilib ki, bu gün səhər saatlarında Rusiya ordusu tərəfindən Ukraynanın paytaxtı Kiyevə hava zərbəsi endirilib.

Açıqlamada Rusiya qüvvələrinin hücum zamanı pilotsuz uçuş aparatlarından (PUA) da istifadə etdiyi və ilkin məlumata görə, bütün hədəflərin Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən məhv edildiyi bildirilib.

Qeyd edək ki, Ukraynanın müxtəlif bölgələrində hava hücumu xəbərdarlığı səslənməkdə davam edir.

Ayşən
OXŞAR XƏBƏRLƏR