İçində 15 nəfər olan Rusiya ordusuna məxsus nəqliyyat təyyarəsinin İvanovo vilayətində qəzaya uğradığı açıqlanıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rusiya ordusuna məxsus təyyarənin havaya qalxdıqdan dərhal sonra Moskvanın şimal-şərqində qəzaya uğradığı bildirilir.
Təyyarədə olan 15 nəfərdən 8-nin ekipaj, 7-nin isə sərnişin olduğu bildirilib.
Rusiya televiziyaları qəzaya uğrayan təyyarədən sağ qalanların olmadığını bildiriblər.
Mikayıl