Bu gün "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək.
AZXEBER.COM-un məlumatına görə, millimizin qrupunda iki oyun baş tutacaq.
İlk öncə meydana Rusiya və Portuqaliya yığmaları çıxacaqlar. Moskvada üz-üzə gələcək komandaların dueli böyük maraq doğurur.
Qrupun digər matçında isə Lüksemburq millisi öz meydanında İsrail yığmasınmı qəbul edəcək. İlk iki oyundan 1 xal toplayan İsrail millisi autsayderlə oyunun əsas favoriti hesab olunur.
Qeyd edək ki, Rusiya yığması 4 gün sonra Moskvada millimizlə qarşılaşacaq.F qrupu
"DÇ-2014"ün seçmə mərhələsinin oyunları20:00. Rusiya - Portuqaliya00:00. Lüksemburq - İsrail