Putinin sözcüsündən Marina ilə bağlı açıqlama: Bu xuliqanlıqdır

Putinin sözcüsündən Marina ilə bağlı açıqlama: Bu xuliqanlıqdır
DÜNYA
13:49 15.03.2022
731
"Kreml Birinci Kanalın efirində baş verən insidenti öz gündəminin məsələsi hesab etmir - bu, xuliqanlıqdır, kanal və aidiyyatı qurumlar bunu həll edir".
 
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözcüsü Dmitri Peskov deyib.
 
O efirdə baş verən hadisəni geniş şərh etmək istəməyib.
 
Qeyd edək ki, Rusiyanın birinci telekanalında şüarla çıxış edən Marina Ovsyannikova saxlanılıb. 

Məlumata görə, Ovsyannikova İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsi ilə Rusiya silahlı qüvvələrini nüfuzdan salmasına görə saxlanılıb. 
OXŞAR XƏBƏRLƏR