Rusiya Qara dənizdə yeni hərbi dəniz bazası yaradır

Rusiya Qara dənizdə yeni hərbi dəniz bazası yaradır
DÜNYA
12:23 05.10.2023
138
Rusiya Gürcüstandan birtərəfli qaydada ayrılan Abxaziyanın Qara dəniz sahillərində hərbi dəniz bazası yaratmağı planlaşdırır.

AZXEBER.COM xəbər verir ki, Gürcüstandan müstəqilliyini elan edən Abxaziyanın lideri Aslan Bjaniya Rusiyanın Abxaziyanın Qara dəniz sahilində hərbi dəniz bazası yaratmağı planlaşdırdığını açıqlayıb.

Bjaniya dünən Rusiya prezidenti Vladimir Putinlə görüşüb. "İzvestiya”da yer alan xəbərə görə, Bjaniya Oçamçira bölgəsində daimi dəniz bazası üçün müqavilə imzalandığını bildirib.

"Biz müqavilə imzaladıq və yaxın gələcəkdə Rusiya donanmasının Oçamçira bölgəsində daimi bazası olacaq", - Bjaniya bildirib. "Bu müqavilə həm Rusiyanın, həm də Abxaziyanın müdafiə qabiliyyətini artırmaq məqsədi daşıyır və bu cür qarşılıqlı fəaliyyətlər davam edəcək”, - o deyib.

Gülay
OXŞAR XƏBƏRLƏR