Rusiya Qarabağa kinoloq, pirotexnik və psixoloqlardan ibarət yeni sülhməramlı qrup göndərdi

Rusiya Qarabağa kinoloq, pirotexnik və psixoloqlardan ibarət yeni sülhməramlı qrup göndərdi
SİYASƏT
10:31 06.12.2020
1629
Rusiya Qarabağdakı humanitar missiyada iştirak edən qrupların sayını artırır.

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, bölgəyə pirotexnika, kinoloq və psixoloqlar göndərilib.

"6 dekabrda Rusiya Fövqəladə Hallar Nazirliyinin bir İl-76 təyyarəsi əlavə xilasetmə qrupu ilə Moskvadan havaya qalxdı.

Səfərə çıxan qrup "Lider” mərkəzinin köpək təlimçiləri, pirotexniklər və minaaxtaranlar, siqnalçılar, Noginsk xilasetmə mərkəzinin mütəxəssisləri və psixoloqlardan ibarətdir”, - deyə Fövqəladə Hallar Nazirliyinin açıqlamasında bildirilib.

Təyyarədə həmçinin rusiyalı mütəxəssislərinin fəaliyyəti üçün lazımi avadanlıq və üç sərnişin avtobusu da var.

OXŞAR XƏBƏRLƏR