Rusiyada din xadimi "sülhpərvər” olduğu üçün cəzalandırılıb.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Rusiyada bir din xadimi pasifist, müharibənin əleyhinə olmaqda ittiham edilib.
Rusiyanın Kostroma şəhərində işləyən İoan Burdin "Biz xristianıq, xristianlar xristianları öldürərkən dayanıb seyr edə bilmərik” sözlərini işlətdiyi üçün "Rusiya ordusunun reputasiyasına xələl gətirdiyinə” görə 35 min rubl cərimə olunub.
İoann Burdin Rus Pravoslav Kilsəsini tərk edərək Bolqar kilsəsinə köçmək üçün rəsmi ərizə verib, lakin rus kilsəsi müraciətə cavab olaraq Burdinin müraciətinin həyata keçirməsini qadağan edib.
Şəbnəm Zahir