Rusiya qüvvələri Krivoy Roqda yaşayış binasını vurdu

Rusiya qüvvələri Krivoy Roqda yaşayış binasını vurdu
DÜNYA
19:18 13.06.2023
174
Rusiya qüvvələrinin Ukraynanın Krivoy Roq şəhərində beşmərtəbəli binanı vurması nəticəsində 25 sakin yaralanıb, ölənlər var.

Bu barədə şəhərin Müdafiə Şurasının rəhbəri Oleksandr Vilkul "Telegram" hesabında bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində 6 mülki şəxs ölüb. Oleksandr Vikul axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.

Dnepropetrovsk regionunun rəhbəri Serhiy Lısak isə bildirib ki, Rusiya qüvvələri hücumda qanadlı raketlərdən istifadə edib ki, onun 3-ü Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib, digərləri mülki obyektlərə, xüsusən də beş mərtəbəli binaya düşüb.

///APA
OXŞAR XƏBƏRLƏR