“Donetsk səmasında qorxulu faciə baş verdi. Günahsız insanlar həlak oldular. Bu faciəni beynəlxalq mütəxəssislər araşdırmalıdırlar”.
Bu sözləri APA-ya açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Malayziyaya məxsus sərnişin təyyarəsinin Donetsk səmasında düşməsi nəticəsində 300-dək insanın həlak olmasına münasibət bildirərkən deyib.
Səfir bildirib ki, vaxtından əvvəl kimlərisə günahkar elan etmək, əsasız səbəblər göstərmək vəziyyəti ancaq gərginləşdirəcək, obyektiv araşdırmanın aparılmasına mane olacaq: “Araşdırmalar başlayıb, “qara qutu”lar tapılıb. Ümid edirəm ki, biz tezliklə nəyin necə baş verdiyini obyektiv və dəqiq öyrənə biləcəyik. Bundan sonra müvafiq nəticə çıxarılması mümkün olacaq”.