Rusiya səfirinin qatilinin şəklini çəkən fotoqrafdan TƏFƏRRÜATLAR

Rusiya səfirinin qatilinin şəklini çəkən fotoqrafdan TƏFƏRRÜATLAR
DÜNYA
11:54 20.12.2016
6929

"Associated Press" fotoqrafı Burhan Özbilici Ankarada Rusiya səfirinin qətlə yetirildiyi an gördüklərini, hadisənin təfərrüatlarının danışıb. 

Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Onun sözlərinə görə, səfirə sui-qəsd "Kalininqraddan Kamçatkaya qədər səyyahların gözü ilə" adlı sərgidə baş verib və fotoqraf həmin sərgiyə evi istiqamətində olduğu üçün gedib.

Fotoqraf deyib: "Standart tədbir idi. Qara pencəkli şəxsin pistolet çıxardığını görəndə çaşdım, düşündüm, bəlkə bu, tədbirdə xüsusi səhnələşdirilmiş hissədir. Əslində isə soyuqqanlı qətl səhnəsi imiş".

Onun sözlərinə görə, zalda minimum 8 atəş atılıb.

Fotoqraf qeyd edib: "Qorxmuşdum, divarın arxasına keçib öz işimlə məşğul olmağa başladım, yəni şəkil çəkməklə".

OXŞAR XƏBƏRLƏR