Rusiyanın Bakıdakı səfirliyi Azərbaycana təşəkkür edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi öz teleqram kanalında paylaşım edib.
İrandan sərhəd keçid icazələrinə operativ qaydada baxılması da daxil olmaqla, göstərdiyi köməyə görə Azərbaycan tərəfinə minnətdarlıq bildirilib.
"Rusiyanın Azərbaycandakı səfirliyi Astara sərhəd keçid məntəqəsindən İranı tərk edən Rusiya vətəndaşlarına yardım göstərir. Sərhəd keçid icazələrinin tez bir zamanda işlənməsi də daxil olmaqla, göstərdiyi köməyə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildirmək istərdik", - deyə qeyd olunub.
O da bildirilib ki, hazırda 500-ə yaxın Rusiya vətəndaşı İrandan Azərbaycana keçmək hüququna malik şəxslər siyahısındadır.










































