"Rusiya Ukrayna şəhərlərini tuta bilmir, ona görə də Suriya və Çeçenistanda olduğu kimi onları bombalayır"
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözləri Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel bildirib.
Onun sözlərinə görə, rus qoşunları şəhərləri "ayrılmadan” bombardman edir:
"Mariupolda olanlar şübhəsiz ki, hərbi cinayətdir. Rusiya şəhərləri ələ keçirə bilmir, Ukrayna müqaviməti çox güclüdür, ona görə də Suriyada və ya Çeçenistanda etdiklərini edir - bombalayır. Rusiya ordusu artilleriya ordusudur. Beləliklə, o, fərq qoymadan bombalayır - bu, xəstəxanadır, səkilərdir, evlərdir fərq etmir".