Rusiya son sutkada Ukraynanın 8 rayonunu atəşə tutub, 5 mülki şəxs həlak olub

Rusiya son sutkada Ukraynanın 8 rayonunu atəşə tutub, 5 mülki şəxs həlak olub
DÜNYA
19:11 26.03.2023
213
Rusiya Silahlı Qüvvələrinin hücumları nəticəsində son sutkada Ukraynada 5 mülki şəxs həlak olub, 25 nəfər yaralanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Hərbi Media Mərkəzi Məlumat yayıb.

Ukrayna Müdafiə Nazirliyindən bildirilib ki, son sutkada Rusiya qoşunları Ukraynanın 8 rayonunun ərazisini atəşə tutub. Rusiya minaatan, tank, artilleriya, MLRS, S-300 zenit-raket kompleksləri, Lancet pilotsuz uçan aparatı və taktiki aviasiyadan istifadə edib.

Son 24 saatda ruslar Ukraynanın 132 yaşayış məntəqəsini atəşə tutub. Nəticədə 63 infrastruktur obyektinə zərər dəyib.
OXŞAR XƏBƏRLƏR