Rusiya sülhməramlıları ilə Xocalıda aparılan danışıqlar başa çatdı - VİDEO

Rusiya sülhməramlıları ilə Xocalıda aparılan danışıqlar başa çatdı - VİDEO
SİYASƏT
14:42 07.12.2022
378
Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri başa çatıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə İctimai Televiziya (İTV) məlumat yayıb.

Məlumata görə, monitorinq qrupunun Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutub.

Monitorinq qrupunun üzvləri danışıqlardan sonra Şuşaya qayıdıb.

Ayşən

OXŞAR XƏBƏRLƏR