“Rusiya sülhməramlıları ilə bağlı rəsmi Bakının sualları mövcuddur”

SİYASƏT
11:59 14.07.2023
3030
"Rusiya sülhməramlılarının Azərbaycan ərazisində müvəqqəti yerləşməsi 10 noyabr bəyənatında nəzərdə tutulub. Onların fəaliyyət müddəti 2025-ci ilə qədərdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bəyanatında bunu növbəti dəfə diqqətə çatdırıb”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyət müddəti ilə bağlı məsələ rəsmi Bakı tərəfindən müəyyənləşəcək:

"Cənab Prezident İlham Əliyev həmişə olduğu kimi bu məsələlədə də ölkəmizin milli mənafeyinə, xalqımızın fikrinə uyğun düzgün və vacib qərarı verəcək. Hazırda Rusiya sülməramlıları ilə bağlı rəsmi Bakının sualları mövcuddur. Uzun müddət Azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri həmin ərazidə  mitinqlər təşkil etdilər. Bu kütləvi tədbirlərdə Azərbaycanın tələbləri içərisində rus sülhməramlıları ilə bağlı məsələlər var idi”. 

Deputat xatırladıb ki, zaman-zaman rus sülhməramlılarının erməni separatçıları ilə iş birliyi etdiyi meydana çıxır:

"Azərbaycan ərazisində qanundan kənar daşımalarla məşğul olurlar. Bütün bunları cənab prezident, rəsmi qurumlar rusiyalı həmkarlarına çatdırıblar. Ancaq hələ də cavabını gözləyən suallar mövcuddur. Düşünürük ki, artıq rus sülhməramlıları bu sualların cavabını verəcək. Missiyalarına uyğun fəaliyyət göstərəcəklər”.

Şəbnəm Zahir

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir