Rusiya “Telegram”ı cərimələdi - 43 min dollar

DÜNYA
16:04 13.08.2024
140
Rusiyada Telegram bəzi məzmunlara girişi bloklamadığı üçün təxminən 43 min dollar cərimələnib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Telegram”a qarşı açılan məhkəməyə paytaxt Moskvada baxılıb.

Məhkəmə sözügedən platformanı Rusiya qanunlarını pozaraq  bəzi qadağan olunmuş məzmunda materiallara girişi bloklamadığı üçün 4 milyon rubl (təxminən 43 min dollar) cərimələyib.

Qeyd edək ki, bundan öncə ölkədə oxşar səbəblərə görə Google və TikTok kimi müxtəlif xarici platformalar üçün cərimələr tətbiq edilib.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR