Rusiya ötən gecə Xersona 445 mərmi atıb

Rusiya ötən gecə Xersona 445 mərmi atıb
DÜNYA
13:59 13.05.2023
165
Rusiya qoşunları ötən gecə Ukraynanın Xerson vilayətinə 445 mərmi atıb, nəticədə 2 nəfər həlak olub.

Bunu mayın 13-də Xerson vilayəti Hərbi Administrasiyasının başçısı Oleksandr Prokudin bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu vilayət ərazisinə "Qrad”, tank, PUA, aviasiya və başqa hərbi texnikalardan 88 dəfə atəş açıb.

Ukraynanın Xmelnitski vilayəti Hərbi Administrasiyasının başçısı Sergey Tyurin isə deyib ki, Rusiya ordusu ötən gecə bölgədəki vacib infrastrukturlara hücum edib. Nəticədə 5 nəfər yaralanıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR