Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir

Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
DÜNYA
16:18 24.05.2025
380
Rusiyanın iki hərbi təyyarəsi Finlandiya hava məkanını pozmaqda şübhəli bilinir.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə "Yle Novosti” Finlandiya Müdafiə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Finlandiyanın müdafiə naziri Antti Hakkänen bildirib ki, Finlandiya rəsmiləri insidenti ciddiyə alır. Finlandiya Körfəzi Sərhəd Mühafizəsi "X” sosial şəbəkəsində hadisə ilə bağlı ilkin araşdırmaya başladığını açıqlayıb.

Qeyd edək ki, iddia edilən hadisə mayın 23-də gün ərzində Porvoo ərazisində baş verib.
OXŞAR XƏBƏRLƏR