Rusiya təyyarəsini ildırım vurdu

DÜNYA
17:21 03.12.2015
2124
A330 uçuşlardan kənarlaşdırılıb.
Seul hava limanında eniş edən Rusiya təyyarəsini ildırım vurub.
Bu barədə Seul hava limanındakı mənbə məlumat ötürüb.
“Şeremetyevo”dan Seula uçan Rusiyaya məxsus A330 təyyarəsi eniş edərkən statik elektrik yükü alıb. Ekipaj təyyarəni Seulda yerə endirə bilib”, - deyə, mənbə qeyd edib.
İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan yoxdur.
Təyyarədə zədələr aşkarlanmasa da, o, müvəqqəti uçuşdan kənarlaşdırılıb.
///Oxu.az
OXŞAR XƏBƏRLƏR