Rusiya Türkiyədən səfirini geri çağıra bilər

SİYASƏT
10:53 25.11.2015
1320
“Belə qərarlar qəbul edilə bilər”.
Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq İşlər üzrə Komitəsinin rəhbəri Aleksey Puşkov bəyan edib ki, Türkiyənin Rusiyanın Su-24 təyyarəsinə hücumuna cavab olaraq Rusiya Türkiyədən səfirini geri çağıra bilər, “İzvestiya” məlumat yayıb.
“Ölkələrin bu qəbildən olan düşmənçilik fəaliyyətinə münasibət bildirdiyi addımlar mövcuddur. Hər şeydən öncə bu, həmin ölkədəki səfiri geri çağırmaq və təcavüzkarcasına davranan dövlətin səfirinə ölkəni tərk etmək barədə təklifin edilməsidir.
Belə qərarlar qəbul edilə bilər və bu, dövlətlər arasında münaqişənin yüksək səviyyəsini əks etdirir”, - o deyib.
Puşkovun fikrincə, ölkələr arasında çətin ki, diplomatik münasibətlərin pozulması baş versin, belə ki, bu addım dövlətlər arasında müharibə şəraitində və ya bir-birinin hakimiyyətini tanımayanda atılır.
O həmçinin qeyd edib ki, BMT-nin baş verənlərə reaksiyası çox güman ki, birliyin nümayişi və Türkiyənin hava məkanının pozulmasına dair versiyasının dəstəklənməsi olacaq.
OXŞAR XƏBƏRLƏR