Rusiya türklərin acığına dönəri qadağan edir

SOSİAL
15:08 28.04.2016
1256

Ruslar buna etiraz edir, hökumət isə qərarlıdır

Moskva bələdiyyəsi şəhərdə dönər satışının qadağan olunacağı ilə bağlı rəsmi açıqlama yayıb.
Musavat.com xəbər verir ki, bu qərar ruslar tərəfindən xoş qəbul olunmayıb. Rusiyanın Türkiyə ilə gərginləşən münasibətlərindən sonra turizm və ticarət sektorunda qardaş ölkəyə tətbiq etdiyi embarqolar sadə xalqın maraqlarına zərbə vurur.
Son olaraq 14 ton kahının “xəstəlik” bəhanəsi ilə Türkiyəyə geri göndərilməsi, ardınca Türkiyədən gələn badımcanın yoxlamadan keçirilməsi ciddi müzakirə mövzusuna çevrilmişdi.
Türkiyənin “Milliyyet” qəzetinin xəbərinə görə, Moskva bələdiyyəsinin ticarət və xidmət sektorunun rəhbəri Aleksey Nemeryuk bir radio proqramında “Şaurmanı küçələrdən yığışdıracağıq” təhdidini edib. Dönərlərin heç bir tibbi qaydalara uyğun gəlmədiyini iddia edən A.Nemeryuk kafe sahiblərinin də təhlükəsizlik tədbirləri görmədiyini vurğulayıb.
Maraqlıdır ki, sadə ruslar da bələdiyyə sədri Sergey Sobyanini tənqid edərək, hüquqlarının pozulduğunu deyiblər.
Sosial mediada isə “Çox yaşa şaurma” mənasını daşıyan #ShaurmaZhivi etiketi ilə paylaşımlar edilib.

OXŞAR XƏBƏRLƏR