"Rusiya tutduğu bütün torpaqları qaytaracaq"

"Rusiya tutduğu bütün torpaqları qaytaracaq"
DÜNYA
16:17 22.04.2022
401
Aleksey Danilov Rusiya Federasiyası ilə müharibəni bitirməyin ideal yolunu təsvir edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiya Federasiyası ilə müharibəni bitirməyin ideal yolunu açıqlayıb. Onun fikrincə, Rusiya üçün müharibəni bitirməyin ideal variantı işğal altındakı Krımın və Donbasın Ukraynaya qaytarılması olardı.
 
Danilov Rusiyanın tamamilə parçalanacağı, Belarusun isə azad demokratik ölkəyə çevriləcəyini söyləyib: "Ukrayna 1991-ci ilin hüdudları daxilində azad ölkədir. Belə də olacaq. Krım bizim ərazimizdə olacaq. Rusların indi tutduqları ərazilər bizə qayıdacaq", - deyə o bildirib.
 
Eyni zamanda Danilov Belarusun başqa ssenari ilə hərəkət edəcəyini və Ukraynayla dostluq edəcəyini söyləyib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR