Rusiya Ukrayna anbarlarını raket sistemləri ilə vurub.
AZXEBER.COM xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus strateji məntəqələrin və sursat anbarlarının Smerç reaktiv yaylım atəşi sistemləri ilə vurulduğunu açıqlayıb.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasında "Hədəflərin koordinatları müəyyən edildikdən sonra Mərkəzi Hərbi Dairənin Smerç MLRS ekipajı döyüş meydanına keçdi. Atış mövqeyini tutan əsgərlər 20 km-dən artıq məsafədəki hədəfləri yüksək dəqiqliklə vurublar. Bildirilib ki, BM-30 "Smerç” tipli reaktiv yaylım atəşi sistemlərinin istifadə olunduğu hücumda Ukraynanın logistika obyektləri, strateji məntəqələri və silah-sursat anbarları vurulub. Hücumun gecə-gündüz həyata keçirildiyi də bildirilib”, - deyə qeyd olunub.
Gülay