Kremlin sözçüsü Dmitri Peskov Ukrayna böhranının həlli ilə bağlı sülh danışıqlarına açıq olduqlarını bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna Prezident Aparatının rəhbəri Kirilo Budanovun Rusiya və Ukrayna nümayəndə heyətlərinin sentyabr ayında görüşə biləcəyi ilə bağlı sözlərini şərh edib.
O, bu barədə məlumatının olmadığını deyib.
Kremlin sözçüsü qeyd edib ki, ABŞ tərəfi ilə Ukrayna məsələsi üzrə işçi səviyyədə təmaslar davam edir və Rusiya sülh danışıqlarına açıqdır.
Peskov Rusiyanın gələcəkdə NATO ölkəsinə məhdud hücum təşkil edə biləcəyi ilə bağlı iddiaları da təkzib edib. Onun sözlərinə görə, bu cür iddiaların Rusiyanın niyyəti ilə heç bir əlaqəsi yoxdur.
"Rusiya Ukrayna ilə bağlı məqsədlərinə sülh yolu ilə çatmağa üstünlük verir. Lakin bunun hazırda mümkün olmaması səbəbindən xüsusi hərbi əməliyyat davam edir”, - Peskov bildirib.
O əlavə edib ki, Rusiya bunu öz təhlükəsizliyini təmin etmək və maraqlarını qorumaq məqsədilə həyata keçirir.
Peskov həmçinin Avropa ölkələrinin dondurulmuş Rusiya aktivlərindən Ukraynanın dəstəklənməsi üçün istifadəsini qanunsuz adlandırıb və buna qarşı tədbirlər görəcəklərini bildirib.
Gülay











































