Rusiya Ukrayna əsirliyindən 75 hərbçisini geri qaytardı

Rusiya Ukrayna əsirliyindən 75 hərbçisini geri qaytardı
DÜNYA
18:20 31.05.2024
154
Rusiya Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçi olduğu danışıqlar nəticəsində əsirlikdə olan 75 hərbçisini geri qaytarıb.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verib.

"31 may tarixində 75 Rusiya hərbçisi geri qaytarılıb, əsirlikdə olanların ölüm təhlükəsi olub. Əvəzində Ukrayna Silahlı Qüvvələrinin hərbçisi olan 75 əsir də qarşı tərəfə təhvil verilib", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, əsir mübadiləsinin uğurla başa çatmasında Birləşmiş Ərəb Əmirlikləri humanitar vasitəçi kimi çıxış edib. BƏƏ danışıqların təşkilində və tərəflər arasında anlaşmanın əldə edilməsində mühüm rol oynayıb. 
OXŞAR XƏBƏRLƏR