Rusiya Ukrayna ilə sərhəddə texnikanın sayını artırır

Rusiya Ukrayna ilə sərhəddə texnikanın sayını artırır
DÜNYA
19:07 30.07.2022
371
Rusiya Xarkov istiqamətində Ukrayna ilə sərhədə yeni texnikalar yığır.

AZXEBER.COM "report"a istinadən bildirir ki, bu barədə "Azadlıq” radiosu məlumat yayıb.

Bu barədə yayılan peyk görüntülərində avadanlığın bir hissəsinin dəmir yolu ilə daşınaraq Rusiyanın Belqorod vilayətinin Sobolevka kəndinə gətirildiyi əks olunub.

Son 1 ay ərzində kosmosdan çəkilmiş görüntülər Rusiyanın Belqorod vilayətinin Sobolevka kəndində hərbi texnikaların sayının artdığını təsdiqləyir.

Hərbi ekspertlərin fikrincə, Rusiya hərbçiləri bu texnikadan İzyum və Slavyansk istiqamətlərində istifadə edə bilərlər.

Daha əvvəl Rusiya Silahlı Qüvvələrinin Xarkov istiqamətində irəliləmək cəhdlərindən əl çəkmədiyi, lakin onların bunun üçün kifayət qədər gücü olmadığı bildirilib.
OXŞAR XƏBƏRLƏR