Rusiya-Ukrayna müharibəsində həyatını itirən mülki şəxslərin sayı AÇIQLANDI

Rusiya-Ukrayna müharibəsində həyatını itirən mülki şəxslərin sayı AÇIQLANDI
DÜNYA
13:47 29.08.2023
231
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) Rusiya-Ukrayna müharibəsində həyatını itirən mülki şəxslərlə bağlı cari rəqəmləri açıqlayıb.
 
AZXEBER.COM xəbər verir ki, açıqlamada 24 fevral 2022-ci il və 27 avqust 2023-cü il tarixləri arasında 9 min 511 mülki şəxsin həyatını itirdiyi, 17 min 206 mülki vətəndaşın isə yaralandığı bildirilib.
 
Hesabatda təkcə Donetsk və Luqansk vilayətlərində 4220 nəfərin həyatını itirdiyi, 6183 nəfərin yaralandığı açıqlanıb.
 
Həyatını itirən 2 min 115 nəfərin, yaralananların 2 min 999 nəfərinin Rusiyanın nəzarətində olan bölgələrdən olduğu bildirilib.

Qeyd edək ki, BMT 1-27 avqust tarixləri arasında 34 qadın və 5 uşaq olmaqla 108 nəfərin həyatını itirdiyini, 148 qadın və 16 uşaq olmaqla 477 nəfərin yaralandığını açıqlayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR