Kreml ABŞ-nin Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə etməsi ilə bağlı iddiasını rədd edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Kreml ABŞ-nin Ukraynadakı rus əsgərlərinin beynəlxalq kimyəvi silah qadağasını pozması ilə bağlı ittihamının əsassız olduğunu bildirib.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya kimyəvi silahı qadağan edən sazişdən irəli gələn öhdəliklərə sadiq qalır.
Birləşmiş Ştatlar Rusiyanı boğucu maddə olan xloropikrin və Ukrayna əsgərlərinə qarşı etirazları yatırmaq üçün istifadə edilən qazlardan istifadə etməklə müqaviləni pozmaqda ittiham etmişdi.
Ayşən