Rusiya-Ukrayna müharibəsində yenilik: On minlərlə əsgər cəbhəyə getdi

Rusiya-Ukrayna müharibəsində yenilik: On minlərlə əsgər cəbhəyə getdi
DÜNYA
11:54 24.01.2023
224

ABŞ-nin yüksək rütbəli hərbi rəsmisi bildirib ki, Rusiya Ukraynanın şərqinə on minlərlə yeni hərbçi gətirir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyində (Pentaqon) bir qrup jurnalistə Ukrayna-Rusiya müharibəsi ilə bağlı məlumat verən yüksək rütbəli ABŞ hərbi rəsmisi bildirib ki, Ukrayna ordusu ölkənin şərqində Rusiyanın nəzarətində olan Kremin şəhərinə əks hücuma keçib.

Rusiyanın böyük itki verdiyini qeyd edən rəsmi rus ordusunun həftəsonu cəbhə xəttinə on minlərlə əlavə əsgər gətirdiyini bildirib.

"Qoşunların gücləndirilməsi və itirilmişlərin əvəzlənməsi baxımından bu rəqəm kifayət qədər yüksək olsa da, bu qüvvələrin hazırlığında ciddi irəliləyiş yoxdur. Təlim və avadanlıq olmadığından onları tələsik döyüşə göndərdilər”.

ABŞ-nin Ukraynaya M1 Abram tanklarını niyə vermədiyi suallarından yayınmağa çalışan rəsmi bildirib ki, ABŞ və digər tərəfdaşlar Ukraynanın hazırkı ehtiyaclarını ödəyir.

Ayşən

OXŞAR XƏBƏRLƏR