Rusiya Ukraynada "Bayraktar" fabrikini vurdu: Milyonlarla ziyan dəydi

Rusiya Ukraynada "Bayraktar" fabrikini vurdu: Milyonlarla ziyan dəydi
DÜNYA
15:49 28.08.2025
322
Ukraynanın paytaxtı Kiyevdə tikilən və fəaliyyətə başlamaq üzrə olan "Bayraktar" fabriki Rusiya tərəfindən raket hücumuna məruz qalıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, iki raket nəticəsində obyektə milyonlarla dollar ziyan dəyib.
  
2022-ci ilin fevralında Türkiyə və Ukrayna hökumətləri arasında imzalanmış aerokosmik sənaye əməkdaşlıq sazişi bu fabrikə təkan verib. Müqavilə birbaşa investisiyaları dəstəkləmək, texnologiya transferini asanlaşdırmaq və istehsal üçün əlverişli şərait yaratmaq məqsədi daşıyır.

2035-ci ilin yanvar ayına qədər qüvvədə olan tənzimləmə türk investorlara Ukraynanın aerokosmik sektorunda xüsusi vergi və gömrük güzəştləri verəcək.
 
Türkiyə istehsalı olan Bayraktar TB2-lər 2022-ci ildə müharibənin ilk günlərindən etibarən Ukraynada aktiv şəkildə istifadə olunur. İlk həftələrdə Rusiya zirehli texnikasına edilən dəqiq hücumların görüntüləri TB2-ni Ukrayna müqavimətinin simvoluna çevirib.
 
Qeyd edək ki, "Bayraktar" fabrikinin tikintisi üçün 95 milyon ABŞ dolları tələb olunur.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR