Donetskdə insanlar qatar stansiyasına axışır.
AZXEBER.COM xəbər verir ki, Ukraynanın Donetsk vilayətində qızğın qarşıdurma xəbərdarlığından sonra Kramatrosk şəhərində mülki əhali qatar stansiyasına axışıb.
Donetsk vilayətinin qubernatoru Pavlo Kyrylenkonun qızğın qarşıdurmaların olacağı xəbərdarlığından sonra insanlar arasında çaxnaşma başlayıb. Kyrylenko son vəziyyətlə bağlı açıqlama verib:
"Hər gün saat 09:00-da Rusiya tərəfindən öldürülənlərin xatirəsini sükutla yad edirik. Rusiyanın Ukraynaya hücumundan sonra Donetsk vilayətində 155 dinc sakin həlak olub, 610 nəfər yaralanıb. Mariupol və Volnovaxada qurbanların sayı hazırda məlum deyil”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 43 gündür ki davam edir.
Ayşən Mirzəyeva