Rusiya Ukraynanın enerji seqmentini məhv edib: Həkimlər telefon işığı ilə...

Rusiya Ukraynanın enerji seqmentini məhv edib: Həkimlər telefon işığı ilə...
DÜNYA
01:03 01.12.2022
317
Rusiyanın hücumları Ukraynanın enerji infrastrukturuna ciddi ziyan vurub. 

Rusiya ordusunun Ukraynadakı kritik enerji infrastrukturlarına qarşı həyata keçirdiyi raket hücumları səbəbindən elektrik enerjisinin kəsilməsinin davam etdiyi bölgələrdə səhiyyə sektoru da mənfi təsirlənir.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukraynada həkimlər telefon işıqları ilə işləyirlər. Müharibədən bezmiş ölkə ciddi enerji problemləri ilə üzləşib. Rusiyanın bombardmanı səbəbindən elektrik enerjisinin kəsildiyi ölkə gecələr qaranlığa qərq olur. Bir çox xəstəxanalarda generator sistemləri kafi olmadığı və ya nasaz olduğu üçün səhiyyə xidmətləri də pozulur.
 
Məlumata görə, əməliyyatda olan ukraynalı həkimlər telefon işıqları ilə əməliyyatlarına davam etməli olurlar.
 
Mikayıl
 

 

 

 


OXŞAR XƏBƏRLƏR