Rusiya Ukraynadakı enerji obyektlərinə dəfələrlə hücumlar həyata keçirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna ordusu və enerji sektorunun rəsmiləri Rusiyanın dünən ölkə daxilində enerji infrastrukturunu hədəf alan hava hücumları təşkil etdiyini və bir çox obyektə ziyan vurduğunu açıqlayıb.
Ukraynanın energetika naziri German Qaluşenko verdiyi açıqlamada deyib: "Rusiya enerji sektorumuza daha bir hücum həyata keçirdi”.
Qaluşenko bəyan edib ki, elektrik enerjisi istehsalı və ötürülməsi obyektləri Poltava, Kirovohrad, Zaporojjya, Lvov, İvano-Frankivsk və Vinnitsa vilayətlərində hədəfə alınıb.
Ukraynanın bütün bölgələri, Zaporojjya bölgəsi istisna olmaqla, ölkənin şərqindən cənub-şərqinə qədər uzanan döyüş xəttinin arxasındadır.
Ayşən